28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur müğənni İslamı qəbul ETDİ

26.10.2018

"Dövran media” Milli.Az-a istinadən bildirir ki, ötən il ad və soyadını dəyişərək Maqda Davitt olmuş məşhur irland müğənni Şineyt O-Konnor dinini dəyişərək İslamı qəbul edib.
52 yaşlı müğənni əvvəllər katolik xristian idi.İndi müğənni "Şühada Davitt" olduğunu deyib.
Twitter-dəki akkauntunda bu barədə yazan müğənni bildirib: "Bu, istənilən ağıllı və məntiqli dinşünasın yolunun məntiqi sonudur. Bütün müqəddəs kitablar İslama aparır. Bu, o deməkdir ki, bütün digər müqəddəs kitablar izafidir. İndi yeni adım var - Şuhada".
Ötən cümə günü müğənni azan oxuduğu zaman çəkilmiş videosunu da akkauntunda paylaşmışdı.
Ötən ilin mayında ABŞ-ın Nyu-Cersi ştatındakı "Traveloge" motelinə yollanmış müğənni bu barədə kimsəyə xəbər vermədiyindən itkin düşmüş sayılmışdı. Bir ay sonra isə onda psixikanın bipolyar pozuntusu aşkarlanmışdı,.
1990-cı ildə "I Do Not Want What I Haven't Got" albomuna görə "Grammy" almış müğənni karyerası ərzində bir neçə dəfə musiqini tərk etdiyini demişdi.