28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə doqquz yaşlı uşaq səhvən anasını öldürüb

09.01.2023

Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda evdə tüfənglə şəkil çəkdirmək istəyən uşaq ehtiyatsızlıqdan anasını güllə ilə vurub.

9 yaşlı F.H.-nin əli tətiyə toxunub və güllə anası Güzel Hançerin başına dəyib.

Atəş səsinə otağa gələn ailə üzvləri qadını qan içində görərək təcili yardım çağırıblar. Həkimlər qadının həyatını itirdiyini bildiriblər.

Polis bölməsinə aparılan F.H. psixoloqun iştirakı ilə ifadəsi alınaraq evə buraxılıb.

Mənbə: İHA