28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nümayəndəlik: “Ermənilər Laçın yolunda qanunsuz fəaliyyətini davam etdirə bilmirlər”

09.01.2023

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi İrəvanı Laçın yolu ətrafındakı vəziyyətlə bağlı yalan xəbərlər yaymaqda ittiham edib.

Nümayəndəlik hesab edir ki, ermənilərin xüsusən mətbuat üzərindən həyata keçirdiyi təbliğat onların Laçın yolundan qeyri-qanuni fəaliyyətlər üçün istifadə imkanlarından məhrum olması ilə əlaqədardır.

"Ermənistan reallığı təhrif etmək üçün çoxlu yalan xəbərlər yayır. Ermənistanın niyə bu qədər çarəsiz vəziyyətə düşdüyünü anlamaq olar, çünki onlar artıq özlərinin qeyri-qanuni fəaliyyətlərini davam etdirə bilmirlər. Laçın yolu artıq qanunsuz fəaliyyət üçün əlçatan deyil”, - Azərbaycanın NATO yanında nümayəndəliyi vurğulayıb.

Ölkəmizin NATO-dakı nümayəndəliyinin yaydığı bəyanatda qeyd olunur ki, Laçın yolu Azərbaycanın suveren ərazisidir və o, 10 noyabr tarixli Üçtərəfli Bəyanatın altıncı bəndinə uyğun olaraq yalnız humanitar məqsədlər üçün istifadə edilə bilər.

Həmçinin vurğulanır ki, Azərbaycan öz üzərinə düşən tələbləri yerinə yetirərək, iki ildən az müddətdə yeni yolu da istifadəyə verib.

"Azərbaycan üzərinə düşən bütün öhdəlikləri vicdanla yerinə yetirib. Ermənistan isə ilk günlərdən başlayaraq Laçın yolundan qanunsuz fəaliyyət üçün istifadə edir. Ermənistan həmçinin Üçtərəfli Bəyanatın 9-cu bəndini kobud şəkildə pozaraq regionda bütün nəqliyyat kommunikasiyalarını açmaqdan boyun qaçırır”, - Azərbaycanın NATO yanındakı nümayəndəliyindən bildirilib.

Mənbə: İnterfax