29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Toya gedən ailə qəzaya düşüb

09.01.2023

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"DM" xəbər verir ki, hadisə Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

Belə ki, toy karvanına daxil olan VAZ-2107 markalı avtomobil "Mersedes” markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində "VAZ”da olan sərnişinlərdən - 1999-cu il təvəllüdlü Uğur Məhəmməd oğlu Nağıyev, onun bacısı, Əziz Məhəmməd qızı Nağıyeva və onun həyat yoldaşı, Yasin Ənvər oğlu Nağıyev vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxslər toya gedirlərmiş.