28 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda külək 60-ya yaxın ağac AŞIRDIB

26.10.2018

"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, Ötən gündən başlayaraq paytaxtda əsən güclü külək nəticəsində 60 ağac aşdı, arasında qiymətli ağaclar da var.
Bu barədə Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib. O, bildirib ki, vəziyyət çox acınacaqlıdır:
"Dünəndən bu günə kimi şəhərin müxtəlif yerlərindən istər vətəndaşlar, istərsə də qurumlar tərəfindən 60-a yaxın ağac aşması barədə məlumat daxil olub. Müraciətlər ən çox Yasamal, Səbail, Nəsimi və Xətai rayonlarındandır. Xoşbəxtlikdən aşan ağaclar ətrafda olan insanlara, yaşayış obyektlərinə və avtomobillərə ziyan vurmayıb”.
Şöbə rəisi qeyd edib ki, aşan ağaclar arasında qorunub saxlanılan ağaclar da var: "Mütəmadi qulluq edilən, ekoloji tarazlığı tənzimləyən və dekorativ 6 ağac aşıb. Onlar Eldar şamı, sərv və göyrüş ağaclarıdır”.