04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ovladıqları cüyürü Qəbələyə satmağa gətirən şəxslər saxlanılıb

08.01.2023

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, İsmayıllı rayon sakini Rəşad Şahbazzadənin idarə etdiyi "Opel” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən yük yerindən ovlanmış bir baş cüyür aşkarlanıb.

Araşdırma zamanı Rəşad Şahbazzadənin avtomobildə olan digər iki sərnişini, İsmayıllı rayon sakinləri - Fariz Bəkirov və Cavanşir Xələfovla birlikdə həmin cüyürü satmaq məqsədilə İsmayıllıdan Qəbələyə gəldikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.