28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə bu adət rəsmən QADAĞAN EDİLDİ

26.10.2018

"Dövran Media" Trend-ə istinadən xəbər verir ki, Türkiyədə toylarda şadlıq və sevinc əlaməti olaraq havaya atəş açılmasına rəsmən qadağa qoyulur.
 Türkiyə mətbuatının məlumatına görə, bu gündən etibarən Türkiyə Daxili İşlər Nazirliyi (DİN) 81 vilayətin vali və muxtarlarından toy zamanı havaya atəş açanlar haqqında yazılı olaraq polisə məlumat vermələrini xahiş edib.
Qeyd olunur ki, məclis başlamazdan əvvəl toy sahiblərindən mərasimdə silahdan istifadə edilməyəcəyi barədə yazılı iltizam alınacaq.
Bu qərar son zamanlar toylarda silahdan istifadə zamanı artan yaralanma və ölüm hallarının qarşısını almaq məqsədilə tətbiq olunur.