04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Terror aktı törətməyə hazırlaşan İran vətəndaşı saxlanılıb

08.01.2023

Almaniyada terror aktı törətməyə hazırlaşan İran vətəndaşı saxlanılıb.

"DM"-nın "Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, yanvarın 8-də axşam polis terrorla mübarizə çərçivəsində Rur bölgəsində Kastrop-Rauksel şəhərində terror aktı törətməyə hazırlaşmaqda şübhəli sayılan 32 yaşlı İran vətəndaşını saxlayıb.

Həmin şəxs, o cümlədən onun qardaşı olduğu ehtimal edilən bir nəfər saxlanılarkən müqavimət göstərməyiblər. Saxlanılanlar zəhərli risin və siyanür maddələri alıblar. Bu maddələrdən istifadə etməklə törədiləcək terror aktı çoxlu sayda insan ölümünə yol aça bilərdi.

Almaniya hüquq-mühafizə orqanları hələ ki, terrorçuların hədəfi barədə açıqlama verməyib. Bununla belə, Cinayət İşləri üzrə Federal İdarə terror aktına hazırlıq barədə məlumatın dost ölkələrin xüsusi xidmət orqanlarından daxil olduğunu açıqlayıb.