29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİM III qrupa imtahan verənlərə müraciət edib

06.01.2023

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin "Anamın kitabı”, C.Cabbarlının "Oqtay Eloğlu”, İ.Əfəndiyevin "Xurşudbanu Natəvan”, S.Vurğunun "Vaqif” əsərlərinin və "Koroğlu” eposundan "Həmzənin Qıratı qaçırması” qolunun dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.

2023-cü ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.