78 milyon dollar rüşvət alan məmura  edam hökmü çıxarılıb  
    
                          
     
                         06.01.2023
 
    
                        Çində 78 milyon dollar rüşvət alan məmur barəsində edam hökmü çıxarılıb.
"DM" TASS-a istinadən xəbər verir ki, Çinin şərqindəki Tayan şəhərinin məhkəməsi Liaonin Əyalətinin Xalq Siyasi Məsləhət Şurasının keçmiş sədr müavini Li Vensiyə 540 milyon yuan (təxminən 78 milyon dollar) rüşvət aldığına görə ölüm hökmü çıxarıb.
Bildirilib ki, hökm iki il gecikdirilməklə icra olunmalıdır. Həmçinin dövlət təqsirləndirilən şəxsin bütün əmlakını müsadirə edir. Məhkəmənin hökmündə iki il müddətdən sonra edam cəzasının ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilməsi nəzərdə tutulur.
Yerli məhkəmə bildirib ki, Li Vensinin qanunsuz hərəkətləri "ölkənin və xalqın maraqlarına ciddi ziyan vurub”. Lakin təqsirləndirilən şəxs istintaqla fəal əməkdaşlıq edib və bu yüngülləşdirici hal kimi tanınıb.