29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“ASAN Xidmət” Naxçıvanda qeydiyyatda olan vətəndaşlara müraciət edib

06.01.2023

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara müraciət edib.

Dövlət Agentliyindən bildirilib ki, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara "ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilir.

Müvafiq xidmətlər barədə daha ətraflı:

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar dəyişdirilməsi;

Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı ilə əlaqədar dəyişdirilməsi;

Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə əlaqədar dəyişdirilməsi;

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması ilə əlaqədar dəyişdirilməsi;

Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;

Şəxsiyyət vəsiqəsinin yazılarında qeyri-dəqiqlik müəyyən edilməsi ilə əlaqədar dəyişdirilməsi;

Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi.

Qurum vətəndaşlardan əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını almaları, mərkəzlərdə növbə gözləmədən xidmətlərdən yararlanmaları məqsədilə "ASAN növbə” mobil tətbiqindən istifadə etmələrini xahiş edib.

Eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən 7 saylı Bakı "ASAN xidmət” mərkəzinə üstünlük vermələri tövsiyə edilib.