29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mənzildə meyiti tapılan 4 nəfərin ölüm səbəbi məlum olub

06.01.2023

Ötən gün Bakının Nərimanov rayonunda mənzildə meyiti tapılan 4 nəfərin ilkin ölüm səbəbi məlum olub.

"DM"-nın əldə etdiyi xəbərə görə, ilkin ekspertiza rəyinə əsasən, onlar dəm qazından boğularaq ölüb.

1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu, 1991-ci il təvəllüdlü Səfərli Pərviz Adıgözəl oğlu və 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğlunun meyitləri ailələrinə təhvil veriləcək.

Hələlik kimliyi bilinməyən şəxsin isə yaxınları axtarılır.

Qeyd edək ki, ölənlərən biri Kamran Allahverdiyev 10-cu sinif şagirdi olub. Kamran Allahverdiyev və dostu 1990-cı il təvəllüdlü Nəzərov Kənan Qurban oğlu ötən il dekabrın 31-dən itkin düşüb.