Hacıbəyovun heykəlinə ayaqqabı atanlar saxlanılıb  
    
                          
     
                         06.01.2023
 
    
                        Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı şəhəri Nəsimi rayonunda yerləşən heykəlinin üzərinə ayaqqabı atan şəxslər müəyyən olunublar.
"DM" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev Azxeber.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb:
"Həmin şəxs müəyyən olunub, polis orqanına dəvət olunub və barəsində qanunamüvafiq tədbirlər görülüb”