09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa və Baltikyanı ölkələr Rusiyanın nəyinə lazımdır? - Rusiyalı SƏFİR

09.02.2018

"Polşa rəhbərliyi Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün heç bir
səy göstərmir. Polşa hökumətindəki son dəyişikliklər də vəziyyətə təsir etmədi"
Dövran Media Ria.novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev müsahibəsində bildirib.
- Təəssüf ki, hələlik polşalı tərəfdaşlarımızın Rusiya ilə münasibətlərin normallaşmasına hazır olmadıqlarını görürük. Yaxşılığa doğru hec nə yoxdur. Daha pisləşəcəkmi? Yaşayarıq- görərik- deyə, səfir bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda Polşa baş nazirinin, eləcə də bir cox nazirlərin dəyişməsi də vəziyyətə hec bir təsir etməyib. O, qeyd edib ki, Polşa ilə vəziyyətin normallaşdırmaq baxımından Rusiyanın məsələyə münasibəti dəyişməyib. Bütün istiqamətlərdə əlaqələrin dondurulmasına biz qərar verməmişik. Biz bütün bü illər ərzində Polşa ilə normal, praqmatik, qarşılıqlı faydalı, qarşılıqlı hörmət çərçivəsində, mümkün qədər emosiyalardan kənar münasibəti dəstəkləməyə hazır olmuşuq -deyən səfir, Rusiya ilə Polşa münasibətlərinin daha da kəskinləşə biləcəyi sualını: "qəhvə icində fala baxmaq” istəməzdim, mənə elə gəlir ki, daha artıq ola bilməz. Bəzən o da mümkündür ki, nəyi cox istəyirsənsə o da olur”- belə cavablandırıb.
Varşavada "Rusiya təhlükəsi" barədə danışırlar, amma onun mövcudluğunu sübut edə bilmirlər, Ria novostiyə müsahibəsində Rusiya səfiri Sergey Andreyev deyib. Mən polşalı müsahiblərlə bu mövzunu dəfələrlə müzakirə etmişəm.
Rusiya öz hərbi gücünün artırılmasına, bizim hərbi təlimlər ilə bağlı onların iddialarına, "Rusiya təhdidi" və sair hər dəfə mən qarşılıqlı sual verirdim:
Kimsə izah edə bilər, Polşaya, Baltikyanı və ya hər hansı digər ölkəyə hücum Rusiyanın nəyinə lazımdir? Əvəzində bir qayda olaraq cavab verirlər ki, siz Ukraynaya hücum edib, onun əlindən Krımı almısınız, Donbası ələ keçirmisiniz. Buna görə də Polşanın şərq sərhədlərində ABŞ hərbi quvvələri gücləndirilir. Bununla yanaşı, onun sözlərinə görə, Polşa tərəfi Ukraynadakı böhranın başlanması barədə hec nə xatırlatmır.
"Rusiya təcavüzkar imperiya siyasətı aparır. Bu tezis sübut tələb etmir, burada aksioma kimi qəbul edilir. Elə isə, onda "Rusiya təhlükəsi" Polşa və digər ölkələr üçün də mövcuddur. Onlar deyirlər ki, siz ruslar imperiyanı bərpa edirsiniz, Polşa isə vaxtilə Rusiya İmperiyasının tərkibinə daxil idi. Deməli, indi də təhlükə altındadadır - deyən səfir bildirib:
"Aydındır ki, belə bir əsassız mübahisəli sistemdə sağlam düşüncə baxımından hər şeyi sübut etmək çətindir. Daha sonra Andreyev qeyd edib ki, belə bir arqument, eyni zamanda Polşa rəhbərliyi səviyyəsində də mövcuddur. Bu cür qərarlar siyasət, hərbi məsələlər üzrə mütəxəssislər tərəfindən də ifadə edilir və Polşa rəsmiləri daim Rusiya təhdidindən danışırlar. Son vaxtlar Davosda Polşa Respublikasının yeni baş naziri cənab Mateusz Moravetskinin sözlərinə görə, Rusiya Polşa üçün ən böyük təhlükədir - deyə əlavə edib.