27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda sürücülər arasında dava: ölən var

06.01.2023

Bakıda iki sürücünün bir-birinə yol verməməsi qətllə nəticələnib.

"DM" xəbər verir ki, hadisə bu gün gecə saatlarında paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Beyləqan rayon sakini, 1994-cü il təvəllüdlü Qənbər Elman oğlu Qənbərov idarə etdiyi avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən avtomobilin sürücüsü, Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Sənan Şirxan oğlu Hacıyev arasında mübahisə yaranıb.

Mübahisə S.Hacıyevin Q.Qənbərova yol verməməsi üstə baş verib. Mübahisə tərəflər arasında əlbəyaxa davaya səbəb olub. Nəticədə S.Hacıyev üzərində gəzdirdiyi bıçaqla Q.Qənbərova bədəninin müxtəlif hissələrindən bir neçə bıçaq zərbəsi endirib.

Yaralı ağır vəziyyətdə "Yeni Klinika"ya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Q.Qənbərov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən S.Hacıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.