28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vasif Talıbovun şirkəti əlindən alınıb

06.01.2023

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus "Gəmiqaya Holdinq”in adı dəyişdirilib.

"DM" "APA"-ya istinadən xəbər verir ki, artıq şirkət bu gündən "Arkoz Holdinq” adını daşıyacaq.

Faktı şirkətdən təsdiqləyiblər.

Eyni zamanda, "Gəmiqaya Holdinq”in Vasif Talıbovdan alındığına dair məlumatlar da var. Belə ki, hazırda şirkətdə sənədləşmə işlərinin aparıldığı və bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi bildirilir.

Qeyd edək ki, "Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət "Gəmiqaya Holdinq"in prezidenti olub.