28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

XVI Benedikt dəfn olunub - VİDEO

05.01.2023

Dekabrın 31-də 96 yaşında vəfat edən Roma Papası XVI Benedikt cümə axşamı Vatikanda dəfn edilib. O, özü istədiyi kimi, sələfi II İohann Pavelin (1920-2005) ilkin məzarında dəfn edilib.

Müqəddəs Pyotr meydanında keçirilən anım mərasiminə Roma Papası Fransisk rəhbərlik edib.

Vatikan jandarmının hesablamalarına görə, təxminən 50 min adam mərasimə qatılıb. Bəzi ziyarətçilər Benediktin kanonlaşdırılmasını tələb ediblər.

Dəfn mərasimində İtaliya və Almaniyadan rəsmi nümayəndə heyətləri iştirak edib. Onlara prezidentlər Sercio Mattarella və Frank-Valter Ştaynmayer rəhbərlik edib.