Türkiyədə dollar yenidən rekord səviyyədə bahalaşıb 
    
                          
     
                         05.01.2023
 
    
                        2022-ci ili 18.71 Türkiyə lirəsi səviyyəsində bağlayan dolların məzənnəsi bu gün rekord səviyyəyə yüksəlib.
"DM" xəbər verir ki, dolların məzənnəsi 18.78 TL səviyyəsindən yuxarı qalxalaraq yeni rekord səviyyəyə (18,7868 TL) çatıb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankında dolların bu günə olan məzənnəsi isə 18.7387 -18.7725 TL, avronun məzənnəsi isə 19.8886 -19.9245 TL təşkil edib.