28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynadan Kirillin Milad atəşkəsi çağırışına cavab

05.01.2023

Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin təklif etdiyi "Milad atəşkəsi” kinli tələdir.

"DM" xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Rus Pravoslav Kilsəsinin "Milad atəşkəsi" haqqında bəyanatı kinli tələ və təbliğat elementidir”, - Podolyak deyib.

Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsi qlobal pravoslavlıq üçün səlahiyyətli deyil və yalnız müharibə təbliğatçısı kimi fəaliyyət göstərir.

O xatırladıb ki, Rus Pravoslav Kilsəsi ukraynalıların soyqırımına çağırış, qırğınları təşviq, Rusiyanın daha da hərbiləşdirilməsində təkid edib.

Qeyd edək ki, Kirill Milad bayramı ilə bağlı 6-7 yanvar tarixlərində Ukraynada atəşkəs elan edilməsi üçün çağırış edib.