01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya Ukraynaya növbəti hərbi yardım paketi göndərib

05.01.2023

Almaniya Ukraynaya növbəti hərbi yardım paketi göndərib.

"DM" xəbər verir ki, hərbi yardım haqda yenilənmiş siyahı Almaniya hökumətinin saytında dərc edilib.

Məlumatda deyilir ki, hərbi yardım paketinə 30 ədəd pilotsuz uçan aparat (PUA) aşkarlama sistemi, 8 ədəd kəşfiyyat aparatı, həmçinin PUA-lardan qorunmaq üçün 27 sensorlu ötürücü göndərilib.

Həmçinin əlavə olunub ki, hərbi yardım çərçivəsində 7 ədəd 8x8 tipli yük maşını, 12 ədəd ağır tonnajlı qoşqu və 1 ədəd M1070 model tank daşıyıcısı, piyadaların hücumunu dəstəkləmək üçün nəzərdə tutulmuş 7 ədəd uzaqdan idarə olunan tırtıllı maşın, 2 ədəd zirehli təmir-evakuasiya maşını, 63 ədəd pikap və digər silah-sursat, hərbi ləvazimatlar göndərilib.