27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah güclü yağış yağacaq

26.10.2018

Oktyabrın 26-da və 27-si gecə və səhər yağacaq intensiv, güclü yağışlarla əlaqədar dağ çaylarından qısa müddətli daşqın və sel gözlənilir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən bildirildiyi kimi, oktyabrın 26-da qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib.
Düşən yağıntının miqdarı Ordubad (Ağdərə), Sədərəkdə 15, Şahdağda 10, Naxçıvanda 8, Şərurda 7, Şahbuzda 6, Göygöl, Şəmkirdə və Kiş çayda 1, Balakən, Zaqatalada 5, Şəkidə 0,3, Qusarda 2 mm təşkil edib.
Eyni zamanda proses şimal-qərb küləyinin güclənməsi ilə müşahidə olunub. Küləyin sürəti Xınalıqda 28, Kəlvəzdə 25, Daşkəsəndə 20-25, Mərəzədə 22-24, Altıağacda 22, Neftçalada 20, Bakı və Yardımlıda 18 m/san olub.