03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrailin pilotsuz təyyarəsi Fələstin ərazisində qəzaya uğrayıb

05.01.2023

İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Fələstin ərazisində, İordan çayının qərb sahilində qəzaya uğrayıb.

Bu barədə İsrail ordusunun "Twitter” hesabında açıqlama verilib.

Açıqlamada "Sky rider” tipli pilotsuz uçuş aparatının uçuş zamanı qəzaya uğradığı bildirilib.

PUA ilə bağlı və həmçinin düşmə səbəbi barədə hər hansı başqa məlumat verilməyib. Ərazidən PUA-nın parçalanmış hissələrinin yığışdırıldığı qeyd edilib.

Digər tərəfdən, fələstinli fəallar bununla bağlı sosial media hesablarında paylaşımlar edib və sözügedən pilotsuz təyyarənin Nablus bölgəsinə düşdüyünü vurğulayıblar.

Mənbə: Haber Global