29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Babacan prezidentliyə namizədliyini irəli sürüb

05.01.2023

Türkiyəli siyasətçi, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacan Türkiyədə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb.

"DM" xəbər verir ki, bu barədə DHA məlumat yayıb.

"Partiyamızda məsləhətləşmələr aparılır, başa çatdıqdan sonra altı partiyanın masasında vəziyyətlə bağlı mövqeyimizi təqdim edəcəyik. Amma təbii ki, altı partiya mənim namizədliyimi dəstəkləsə, mən namizəd ola bilərəm”, - Babacan bildirib.

Qeyd edək ki, müxalif "Altılıq” koalisiyası Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, Demokratiya və Sıçrayış Partiyası (DEVA) və Gələcək Partiyasından ibarətdir.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin 2023-cü il iyunun 18-də keçirilməsi gözlənilir. Ancaq seçkilərin maya çəkilməsi də müzakirə predmetidir.