29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin olunub

05.01.2023

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

"DM"-nın əldə etdiyi xəbərə görə, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.

Onu da qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin 16 il (2007-2022) sədri olmuş Həbib Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə Nərimanov Rayon Məhkəməsinin sədri təyin olunub