29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moskvada tanınmış radio aparıcısı amansızlıqla qətlə yetirilib- FOTO

05.01.2023

Moskvada "Russkoqo radio Voloqda” radiosunun 34 yaşlı aparıcısı Anna Azovskaya (Sablina) öldürülüb.

Məlumata görə, yaşayış binasında kömək çağırışını eşidən qonşular polisə müraciət ediblər. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrək qapını sındırdıqdan sonra ətrafda hər şeyin qan içində olduğunu görüblər.

Qətldə qadının 33 yaşlı sevgilisi, Voloqda vilayətinin Kiçmenqski Qorodok şəhərindən olan iri taxta tədarükçünün oğlu Vladimir Maklakov şübhəli bilinir. O, mübahisə zamanı qadına bıçaqla hücum etdiyini etiraf edib. Mərhumun bədənində 30 bıçaq xəsarəti aşkar edilib.

Müstəntiqlər faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "qətl” maddəsi ilə cinayət işi açıblar.

Hazırda təqsirləndirilən şəxslə bağlı zəruri istintaq hərəkətləri aparılır.





Mənbə: vologda-poisk.ru