29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Blinken Bayramov və Mirzoyanla danışacaq

05.01.2023

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı planlaşdırır.

"DM" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

"Bildiyiniz kimi, Blinken şəxsən bu prosesdə iştirak edir. O, Ermənistan və Azərbaycandan olan həmkarları ilə müntəzəm danışıqlar aparmaqla prosesə şəxsi töhfəsini verir. Biz dövlət katibinin yaxın günlərdə həmkarları ilə yenidən danışmaq imkanı əldə edəcəyini gözləyirik”, - Prays deyib.

O qeyd edib ki, ABŞ Cənubi Qafqaza sülh gətirmək üçün tərəfdaşlarla işləyir.