29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Əsədov Qarabağ və Şərqi Zəngəzurla bağlı qərar imzalayıb

05.01.2023

Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısı dəyişib.

"DM" xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Aqrar Sığorta Fondunun - 12-9/ kodu bu siyahıya əlavə edilib.

Həmçinin, Xidmətlər bölməsi də Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısına daxil edilib:

- 17-1/ Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti

- 17-2/ Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.

Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.