29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropadakı ukraynalı miqrantların sayı açıqlanıb

05.01.2023

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynadan Avropaya gələn qaçqınların sayı 7 milyon 915 min 287 nəfərə çatıb.

"DM" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəsmi saytında məlumat yayılıb.

BMT Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, təkcə son bir həftə ərzində məcburi köçkünlərin sayı 18 mindən çox artıb.

Qeyd edilir ki, 4,9 milyon qaçqın müvəqqəti müdafiə və dəstək proqramlarında iştirak edir. Ümumilikdə fevralın 24-dən bu yana 17 milyondan çox insan Ukraynanı tərk edərək qonşu ölkələrə gedib, təxminən 9 milyon məcburi köçkün Ukraynaya qayıdıb.