04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Binəqədidəki partlayışda həlak olan polis əməkdaşı dəfn edilib - FOTO

03.01.2023

Bakının Binəqədi rayonunda Cavadxan küçəsində baş verən partlayışda həlak olan polis əməkdaşı Məhəmməd Babayev dəfn edilib.

"DM" xəbər verir ki, M.Babayev Qubanın İkinci Nügədi kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, yanvarın 2-si saat 16 radələrində Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

Məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Hadisə nəticədə 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Bildirək ki, hadisə nəticəsində dünyasını dəyişən M.Babayev yeni ailə həyatı qurubmuş.