27 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident İlham Əliyev Çu Sinlə görüşdü

25.10.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də YUNESKO-nun baş direktorunun müavini Çu Sini qəbul edib.
"Dövran Media" xəbər verir ki, dövlət başçısı UNESCO-nun baş direktorunun müavini Çu Sinin VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakına görə minnətdarlığını bildirib və bunu Azərbaycan-YUNESKO əməkdaşlığının yaxşı nümunəsi kimi dəyərləndirib. Azərbaycan ilə UNESCO əlaqələrinin güclü tərəfdaşlığa və zəngin tarixə malik olduğunu qeyd edən dövlətimizin başçısı uğurlu əməkdaşlığımızın davam etməsindən məmnunluğunu bildirib. Azərbaycanın YUNESKO-nun etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan tərəfi ötən illər ərzində ölkəmizin tarixi, mədəni abidələrinin, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan tarixi yerlərin ümumbəşəri dəyərlərə çevrilməsi işində YUNESKO-nun fəaliyyətini yüksək qiymətləndirir. Dövlətimizin başçısı bildirdi ki, bütün bunlar ölkəmizin bu təşkilatla uğurlu əməkdaşlığının bariz nümunəsidir. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların dünyaya yayılması ilə bağlı YUNESKO tərəfindən görülən işlərə görə minnətdarlığını bildirib.
Çu Sin, ilk növbədə, YUNESKO-nun baş direktoru xanım Odri Azulenin salamlarını dövlətimizin başçısına çatdırıb. O, VI Bakı Beynəlxalq Humanitar Forumunun böyük əhəmiyyət daşıdığını qeyd etdi və bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqla bağlı bu cür tədbirlərin keçirilməsi üçün nümunəvi bir məkandır. Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində mühüm nöqtədə yerləşdiyini vurğulayan Çu Sin bu tədbirin Bakıda keçirilməsini önəmli bir hadisə kimi dəyərləndirib. Qonaq bildirib ki, YUNESKO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir və Azərbaycan dinamik fəaliyyəti ilə bu təşkilatın işinə böyük töhfə verir. Çu Sini, eyni zamanda, gələn il Bakıda YUNESKO-nun Ümumdünya İrs Komitəsinin konfransının da keçiriləcəyini qeyd edərək bu tədbirin də önəm daşıdığını bildirib.

Prezident İlham Əliyev YUNESKO-nun baş direktorunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını xanım Odri Azuleyə çatdırmağı xahiş edib.