02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdakı dəhşətli qəza ilə bağlı son məlumat -FOTO/VİDEO

03.01.2023

Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində dəhşətli qəzadan sonra baş verən yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı "Opel”, 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes” və 42-CB-514 dövlət nömrə nişanlı "KamAZ” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "Mercedes”in sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.