28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xəzərin dalğalarından alternativ enerji kimi istifadə etmək olar

25.10.2018

"Dövran Media" Trend-ə istinadən xəbər verir ki,  Xəzər dənizinin dalğaları alternativ enerji kimi istifadə oluna bilər.Xəzər dənizinin dalğalarından istifadə etməyi iqtisadi baxımdan araşdırmaq lazımdır.
Bunu İranın Mazandaran Universitetinin elmi heyətinin üzvü Fatimə Kardel deyib.
F.Kardel qalıq enerjilərin tükənən olduğunu və alternativlərin zəruri olduğunu bildirib: "Alternativ enerjilər - günəş, su, külək və mümkün olduğu halda dalğaların enerjisindən qalıq enerjilərin yerinə istifadə etmək olar. İranın su ehtiyatının çatışmazlığına görə, daha çox günəş enerjisindən istifadə etmək mümkündür. Külək enerjisindən istifadə üçün xüsusi bir bölgə müəyyənləşməlidir. Dalğaların enerjisi üçün isə güclü dalğalara ehtiyac duyulur".
Alimin sözlərinə görə, Xəzər dənizinin dalğaları sahillərin enerjisinin bir hissəsini təmin edə bilər: "Bununla belə, Xəzər dənizində yüksək səviyyədə enerji istehsal edə biləcək böyük dalğalar yoxdur".