28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəlinlə tutulduğuna görə intihar edən oğlan polis imiş - Foto

30.12.2022

Özünü 13-cü mərtəbədən atıb öldürən gəncin kimliyi məlum olub.

"DM" Yenipress.az-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Məhəmməd Əmiraslanlı adlı gənc polis imiş.

Onun polis alayına yeni işə düzəldiyi və idmançı olduğu bildirilir.

Xatırladaq ki, hadisə Masazır qəsəbəsində yerləşən "Qəsr” yaşayış kompleksində qeydə alınıb.

M.Əmiraslanlı qeyri-rəsmi münasibətlərdə olduğu qadınla görüşmək üçün onun evinə gedib. Bu zaman qadının həyat yoldaşı zəng edib.

Qadın telefona cavab vermədiyindən kişi qardaşını həmin ünvana göndərib. Qayınının evə gəldiyini görən qadın oğlandan tez evi tərk etməsini istəyib. Çarəsiz qalan gənc oğlan lüt eyvana çıxaraq, 13-cü mərtəbədən özünü atıb.

Hadisə yerində ölən şəxsin paltarları da tapılıb.