01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polis gücləndirilmiş iş rejiminə keçir

30.12.2022

Azərbaycanda polis bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramının keçiriləcəyi günlərdə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, rahat və maneəsiz istirahət etmələri, eləcə də onların bayram ovqatlarının pozulmaması üçün Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimindəki xidmətlərini davam etdirəcəklər.

Həmin günlərdə polis əməkdaşları ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri məkanlarda, xüsusən bayram tədbirlərinin keçiriləcəyi ərazilərdə təhlükəsizliyin daha da yüksək səviyyədə təmin edilməsi məqsədilə zəruri olan tədbirləri həyata keçirəcəklər", - məlumatda qeyd olunub.