30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran mülki təyyarələrlə “Hizbullah”a silah daşıyır

30.12.2022

İran Beyrut hava limanından silah qaçaqmalçılığı üçün istifadə edir, həmçinin mülki təyyarələr vasitəsilə "Hizbullah” qruplaşmasına silah ötürür.

Bu məlumatı Amerikanın "The Hill” qəzeti dərc edib.

Yazının müəllifi qeyd edib ki, İranın Livan ərazisindən istifadə edərək "Hizbullah”ı silahlandırması Yaxın Şərqdə yeni müharibənin başlanmasına səbəb ola bilər.

Xəbər dərc ediləndən sonra İsrail Livan hökumətinə xəbərdarlıq edib.

Təl-Əviv bəyan edib ki, İran Beyrut hava limanından Livan "Hizbullahı”na silah qaçaqmalçılığı üçün istifadə edərsə, sözügedən aeroport legitim hədəfə çevriləcək.

Bəzi ekspertlər isə hesab edirlər ki, Livanda belə müharibənin başlaması İran hakimiyyətinin planlarına daxildir. Belə ki, bununla Tehran ictimai rəyi xalq etirazlarından yayındıraraq gündəmi müharibə ilə doldura bilər.