27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millimiz FIFA reytinqində irəlilədi

25.10.2018

FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb.
"Dövran Media" xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə bir pillə irəliləyib.
UEFA Millətlər Liqası çərçivəsində Bakıda Malta ilə bərabərliyə qalan (1:1), səfərdə isə Farer adalarına qalib gələn (3:0) yığmamız hazırda 1207 xalla 107-ci sırada qərarlaşıb.
Reytinqə 1723 xalla Belçika başçılıq edir. Son dünya çempionu Fransa 1732 xalla ikinci, Braziliya isə 1669 xalla üçüncüdür.