Bakı-Quba yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  
    
                          
     
                         30.12.2022
 
    
                        Yanvarın 2-də gecə saat 01:00-dan 05:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb yerüstü piyada keçidinin tikintisidir.