01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclisdə Tiktok müzakirə edilib

30.12.2022

Bir çox ölkədə Tiktok sosial şəbəkəsi haqqında müsbət fikirlər səsləndirmək mümkündür. Amma təəssüflər olsun ki, Tiktokun Azərbaycan seqmenti ilə bağlı belə fikirlər səsləndirmək mümkün deyil.

"DM" xəbər verir ki, bunu parlamentin iclasında Elşad Mirbəşir səsləndirib.

Deputat təklif edib ki, qanunvericilik formasında azyaşlıların Tiktoka çıxışı qadağan edilsin, praktiki addımlar atılsın:

"Son dövlər Tiktokda kontinent formalaşmaqdadır və bu, bizim milli-mədəni ənənələrimizə ziddiyyət təşkil edir. Bu məsələyə xüsusi diqqət yertirilməlidir. Hazırda Tiktok istifadəçiləri arasında 16-24 yaş arası şəxslər çoxluq təşkil edir. Azərbaycana gəldikdə isə daha çox azyaşlılar istifadə edir. Bu məsələ mütləq şəkildə nəzarətə götürülməlidir”.

Deputat qeyd edib ki, bir sıra ölkələr hətta Tiktokun fəaliyyətini məhdudlaşdırıb.