30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden 2023-cü il üçün 1,7 trilyon dollarlıq büdcə imzalayıb

30.12.2022

ABŞ Prezidenti Co Bayden oktyabrda başlayan 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə layihəsini imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müdafiə ehtiyaclarına 858 milyard dollar ayrılacaq, Ukrayna və NATO müttəfiqləri, sənədə əsasən, təxminən 45 milyard dollarlıq təcili yardım alacaqlar.

O da vurğulanır ki, Bayden qanun layihəsini Karib dənizi və Atlantik okeanının sərhədində Virgin adalarında olarkən imzalayıb.

Ağ Ev rəhbərinin özü də qanun layihəsini imzalaması ilə bağlı paylaşım edib.