30 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

24 yaşlı paytaxt sakininin intiharının TƏFƏRRÜATI - VİDEO

30.12.2022

Dekabrın 28-də gecə saatlarında Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü kişi çoxmərtəbəli binadan yıxılaraq ölüb.

İctimai TV hadisənin təfərrüatını araşdırıb.

Məlum olub ki, həmin şəxs 13-cü mərtəbədən yıxılmayıb, özünü atıb.

Belə ki, gəldiyi mənzilin sahibləri tərəfindən evdə tutulan şəxs çıxış yolunu özünü binadan atmaqda görüb. Qonşular ölən şəxsin həmin binada yaşamadığını deyib.

Məlumata görə, həmin şəxs binadakı mənzillərdən birinə qonaq gəlib. Bu zaman evin xanımı tək olub. Bilinməyən səbəbdən də evdə quraşdırılan təhlükəsizlik kameraları söndürülüb. Sözügedən evin sahibi isə ölkədə olmayıb.

Bu zaman ər təhlükəsizlik kameralarının işləmədiyi görərək narahat olub. Buna görə də qayınlarına zəng edib. Qardaşların evə gəldiyi zaman bacılarının xəbəri olmayıb. Qapı döyülsə də, qadın qapını açmayıb. Qapıdan çıxış olmadığını görən qonaq, özünü eyvandan aşağı atıb. O, tikinti materiallarının üzərinə düşərək ölüb.

Onun mənzilə hansı səbəbdən gəldiyi isə istintaq tərəfindən araşdırılacaq.