25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İranın Bu şəhərlərində yeni aksiyalar keçirilib

29.12.2022

İranda artıq 100 gündür davam edən etirazlar səngimək bilmir.

Ötən gün aksiyalar İranın Buşehr, Şiraz, Mahabad və bir sıra şəhərlərində davam edib.

Etirazçılar "Şücaətinizi artırın!”, "Dostlarımızın qanına and içirik ki, sona qədər mübarizə aparacağıq!”, "Diktatora ölüm!”, "Azadlıq!” və digər şüarlar səsləndiriblər.

Nümayişçilərlə İran hakimiyyətinin təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Xəsarət alanlar olsa da, onların sayı barədə məlumat yoxdur.

Xatırladaq ki, sentyabrın 13-də Tehranda "əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin vəfat etməsindən sonra ölkədə etirazlar səngimək bilmir.

Mənbə: RadioFarda