06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zaxarova:Rusiya hər iki respublika ilə müttəfiqlik münasibətlərini nəzərə alır

29.12.2022

"Rusiya Azərbaycan və Ermənistanla dialoqda hər iki respublika ilə müttəfiqlik münasibətlərini nəzərə alır”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə news.ru saytının jurnalisti Sona Rüstəmovanın sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, Moskva bu məsələdə ən yüksək səviyyədə razılaşdırılmış bütün üçtərəfli sazişlər toplusuna arxalanır.

"Təbii ki, biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərimizin olduğunu nəzərə alırıq. Ona görə də vasitəçi olaraq biz bu funksiyanı səmərəli şəkildə yerinə yetirməyə imkan verən mövqedən çıxış edirik. Mən həqiqətən ümid edirəm ki, Ermənistanda bundan xəbərdardırlar”, - deyə Zaxarova qeyd edib.

Diplomat əlavə edib ki, əgər Ermənistan KTMT-nin köməyinə ümid edirsə, o zaman təşkilat Azərbaycanla sərhədə monitorinq missiyası göndərməyə hazırdır, bir şərtlə ki, İrəvan buna hazır olsun.