Yardımlıda torpaq uçqunu olub 
    
                          
     
                         29.12.2022
 
    
                        Yardımlıda torpaq uçqunu olub, 1 nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, hadisə rayonun Gavran kəndində olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ərazidə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə 1 nəfər dərinliyi təqribən 5 metr olan çuxurda uçqun altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.