04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şirvan polisi əməliyyat keçirib

29.12.2022

Şirvanda axtarışda olan şəxs və qardaşı tutulub.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-ü (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Məlikov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Saxlanılan zaman həmin şəxsdən narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Bundan əlavə, keçirilən digər bir əməliyyat tədbiri nəticəsində isə M.Məlikovun qardaşı Zahir Məlikov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

Bu zaman onun üzərində istehlak miqdarından artıq narkotik vasitə olan heroin götürülüb.

Faktlarla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.