25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ukrayna əhalisinə bu səbəbdən xəbərdarlıq edilib

29.12.2022

Rusiya Qara dənizə iki suüstü raketdaşıyıcı buraxıb. Ukraynalılara raket təhlükəsi barədə xəbərdarlıq edilib.

Qeyd edilir ki, 16 "Kalibr” raketi buraxılışa hazırdır.

Cümə axşamı səhər saatlarından Ukraynanın bütün mərkəzi və şərq bölgələrində hava xəbərdarlığı elan edilib.

Dnepropetrovsk, Nikolayev, Odessa, Poltava, Sumı və Xarkov vilayətlərində, həmçinin Ukraynanın nəzarətində olan Zaporojye və Xerson vilayətlərində xəbərdarlıq elan edilib.

Daha sonra onlara Vinnitsa, Jitomir, Kiyev, Kirovoqrad, Çerniqov və Çerkassı vilayətləri əlavə olunub.

Mənbə: RBC