29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı Ukraynada “vaqnerçi”ləri boğaraq məhv edib - VİDEO

28.12.2022

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Donetskə ağır döyüşlər gedir. Ötən gecə ərzində Ukrayna ordusu Kremenko istiqamətində irəliləyərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

Məlumata görə, sözügedən istiqamətdə daha çox "Vaqner” muzdlu döyüşçü şirkətinə məxsus hərbçilər döyüşür.

"Ötən gün bizim həmyerlimiz də xüsusi hərbi əməliyyat zamanı əlbəyaxa döyüşdə iki "vaqnerçi”ni boğaraq öldürüb”, - deyə jurnalist qeyd edib.

O da bildirilib ki, Baxmut şəhərində 70 yaşlı azərbaycanlı Bahadur Məmmədov həyat yoldaşı ilə birlikdə raket atəşi nəticəsində həlak olub.