29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şoyqu şəxsi hərbi şirkətini Donetskə göndərib

28.12.2022

Rusiya müdafiə naziri Sergey Şoyqu özünün şəxsi "Patriot” hərbi şirkətini Donetsk vilayətinə göndərib.

"DM"xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şərq” qruplaşmasının rəsmisi Sergey Çerevatıy məlumat yayıb.

Onun sözlərinə görə, Baxmut, Avdeyevka və Uqledar istiqamətində, eləcə də Luqansk vilayətindəki uğursuz kampaniya fonunda ruslar bütün qüvvələrini döyüşə ataraq müəyyən nəticə əldə etməyə çalışırlar.

"Uqledar yaxınlığındakı Stepnoy rayonunda Şoyqu tərəfindən yaradılan "Patriot” hərbi şirkətinin qüvvələri peyda olub. Bu şirkət Yevgeni Priqojinə məxsus "Vaqner” özəl hərbi şirkətinə rəqib olaraq yaradılıb”, - Çerevatıy bildirib.