09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Qaz limiti nə vaxt sıfırlanacaq?

28.12.2022

İlin sonunda ən çox müraciətlərdən biri limitlərin sıfırlanması ilə bağlıdır.

"DM" xəbər verir ki, bunu Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, smart-kart tipli sayğaclarda 2023-cü il limitindən istifadə 1 yanvar gecə saat 00:00-dan sonra mümkün olacaq:

"Söhbət ödəniş terminalında həyata keçirilən əməliyyatın vaxtından gedir. Bəziləri dekabrın 30-31-i karta vəsait yükləyirlər və yanvarın 1-i pulu sayğaca yükləyəndə limitin bərpa olunmadığını deyirlər. Bir daha bildirmək istəyirəm ki, smart-kart tipli sayğacda bunlar ödəniş etdiyiniz gündən hesablanır. Ona görə də yanvarda karta ödəniş edənlər artıq 2023-cü ilin limitindən istifadə edə biləcəklər. Mexaniki tipli sayğacların istifadəçiləri üçün isə maksimum çalışırıq ki, sayğacların oxunması yanvarın 7-də başa çatsın”, - deyə o əlavə edib.