29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakı Ağır Cinayətlər Məhkəməsinə sədr və sədr müavini təyin olunub

28.12.2022

Bakı Ağır Cinayətlər Məhkəməsinə sədr təyin edilib.

"DM" xəbər verir ki, Prezident İlham Əliyevin Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında imzaladığı Sərəncama əsasən, İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub.

Bundan başqa, Sərəncama əsasən, Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrin müavini təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev bir qədər əvvəl ürək tutmasından dünyasını dəyişib. Sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunmuşdu.