29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərəbistan yarımadasında qar sevinci - VİDEO

28.12.2022

Ərəbistan yarımadasında, Küveyt və Səudiyyə Ərəbistanının bəzi bölgələrində havanın temperaturu enib, dolu və qar yağıb.

Küveytdə doluya düşənlər nadir hadisəni lentə alaraq sosial media hesablarında paylaşıblar.

Küveyt Daxili İşlər Nazirliyindən verilən açıqlamada güclü yağış səbəbindən bir çox əsas yolun bağlandığı bildirilib.

Səudiyyə Ərəbistanının Təbuk bölgəsində soyuq hava dalğası səbəbilə Hakl şəhərinin Cəbəl Əl-Lövz dağları bölgəsinə qar yağıb. Ölkənin bir çox yerindən insanlar bölgəyə axışıblar. Bəzi vətəndaşlar qar yağmasını rəqs edərək qeyd ediblər.

Səudiyyə Ərəbistanı Böhran və Fəlakətlərin İdarə Edilməsi Mərkəzi vətəndaşları krallığın müxtəlif bölgələrində kəskin hava şəraiti ehtimalına qarşı diqqətli olmağa çağırıb.


Mənbə: İHA